logo

MSK Fəzail Ağamalının dairəsinin 11 məntəqəsində nəticələri ləğv etdi

20:12 23-02-2020 | icon 1911
MSK Fəzail Ağamalının dairəsinin 11 məntəqəsində nəticələri ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

 YeniAvropa xəbər verir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvi bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia edib.

MSK üzvü Baxşeyis Əsgərov bildirib ki araşdırmalar zamanı qeyd olunan pozuntu halları 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində öz əksini tapıb. B.Əsgərov qeyd edib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. O, həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır.