logo

Zəlzələ ocağı sönənədək avtoşoklar davam edəcək

22:55 23-02-2020 | icon 2128
Zəlzələ ocağı sönənədək avtoşoklar davam edəcək

Bu gün Türkiyə-İran sərhədində iki güclü zəlzələ baş verib. Hər iki ölkə seysmik cəhətdən aktiv bölgədə yerləşdiyi üçün əvvəllər də həmin ərazidə belə yeraltı təkanlar qeydə alınıb. Bugünkü güclü təkanlardan sonra həmin ərazidə prosesin zəlzələ ocağı sönənədək davam edəcəyi istisna olunmur.

 YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Qeyd edək ki, bu gün Türkiyə-İran sərhədində maqnitudaları müvafiq olaraq 5.8 və 5.9 olan iki güclü zəlzələ qeydə alınıb.

Hər iki yeraltı təkan Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.