logo

Astara sərhəd-buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində işləyir

20:51 23-02-2020 | icon 2030
Astara sərhəd-buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində işləyir

İran İslam Respublikasında yeni koronavirusa yoluxma və ölüm hallarının aşkarlanması ilə əlaqədar Astara sərhəd-buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində işləyir.

 YeniAvropa xəbər verir ki, sərhəd-buraxılış məntəqəsinin ərazisindəki gömrük postunda vaxtaşırı havalandırma və dezinfeksiya işləri aparıldığından keçiddə qısa fasilələr yaranır.

Hazırda hər iki tərəfə - həm İrana, həm də Azərbaycana vətəndaşların keçidi 24 saat ərzində fasiləsiz davam edir.