logo

Cüdoçularımız “Böyük dəbilqə” turnirini dörd medalla başa vurdular

19:36 23-02-2020 | icon 2667
Cüdoçularımız “Böyük dəbilqə” turnirini dörd medalla başa vurdular

Almaniyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirini Azərbaycan cüdoçuları dörd medalla başa vurublar.

 YeniAvropa xəbər verir ki, Düsseldorfda keçirilən bu nüfuzlu yarışda İrina Kindzerska (+78 kq) və Elmar Qasımov (100 kq) gümüş medal qazanıblar. Digər cüdoçularımız Rüstəm Orucov (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medala layiq görülüblər.