Hadı Rəcəbli 1526 manat pensiya alacaq
V çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri 73 yaşlı Hadi Rəcəblinin və həmin çağırış parlamentin deputatı 75 yaşlı Hüseynbala Mirələmovun alacağı pensiyanın miqdarı açıqlanıb.
YeniAvropa xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, əmək pensiyası yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
Hadi Rəcəbli komitə sədri olduğu üçün maaşı 1 980 (əlavələr buna aid deyil), Hüseynbala Mirələmov isə deputat kimi 1 732 manat maaş alıb. “Əmək pensiyaları haqqında” qanuna əsasən, H.Rəcəbli 1 526, H.Mirələmov isə 1 385 AZN pensiya alacaq.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının fevralın 13-də keçirilmiş iclasında 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadi Rəcəbli), 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov), 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) nəticələri ləğv edilib.
Qeyd edək ki, H.Rəcəbli və H.Mirələmov bir daha namizədliklərini irəli sürməyəcəklərini bəyan ediblər. Ç.Qənizadə isə növbəti dəfə də deputatlığa namizəd olacağını açıqlayıb. Əgər 63 yaşlı yaşlı Ç.Qənizadə deputat seçilməzsə, işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alacaq. Bu qayda Fərəc Quliyevə də aiddir.
İrandan Azərbaycana 30 kq narkotika keçirmək istədi
Naxçıvanda ağır avtoqəza:3 nəfər ölüb,4 nəfər yaralanıb
Bakı və İrəvan dayanıqlı sülhə nail ola bilər-NATO baş katibi
Paytaxtda bankdan oğurluq edilməsinin qarşısı alınıb
Azərbaycanda yeni idman kanalına lisenziya verilib
Sabah Bakıda yağış yağacaq, 9° isti olacaq
“Azpetrol” 104-cü YDM-ni açıb
SOCAR Türkiyədə yeni investisiya layihələri həyata keçirməyi planlaşdırır
AFFA prezidentliyinə namizəd yoxdur
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Azərbaycan nefti 88,53 dollara satılır
AQTA bir sıra ölkələrdən quş əti idxalına qadağa qoyub
Azərbaycandan Rusiyaya 25,3 milyon yumurta ixrac edilib
Novruz bayramı ilə əlaqədar FHN əhaliyə müraciət edib
Zabratda marketdə yanğın olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Faktiki hava:Əksər bölgələrdə yağış, dağlıq rayonlara qar yağıb
Bu gün Torpaq çərşənbəsidir
NATO-nun baş katibi ilə Gürcüstanın baş naziri ilə görüşüb
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
Prezident İlham Əliyev Xankəndidə Novruz tonqalını alovlandırıb
İlham Əliyev Azərbaycan xalqının Novruz bayramını təbrik edib
Bakının mərkəzində 4 küçə avtomobillər üçün bağlanır
Paşinyan Qazax rayonu ilə həmsərhəd bölgəyə səfər edib
Bakıda Azərbaycan-ABŞ əməkdaşlığı müzakirə olunub