logo

IV kurs tələbəsi özünü asdı

15:30 23-02-2020 | icon 1967
IV kurs tələbəsi özünü asdı

Sumqayıtda intihar hadisəsi baş verib.

YeniAvropa yerli icra strukturlarına istinadla xəbər verir  ki, əslən İmişlidən olan 1998-ci il təvəllüdlü Qurbanov Müzəffər Qəzənfər oğlu dəniz sahilində özünü ağacdan asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.

Qeyd edək ki, intihar edən şəxs Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsininin 4-cü kurs tələbəsi olub.