logo

Türkiyədə zəlzələdə ölən və yaralananların sayı artıb

12:34 23-02-2020 | icon 2457
Türkiyədə zəlzələdə ölən və yaralananların sayı artıb

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində Türkiyə ərazisində ölən və yaralananların sayı artıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu və səhiyyə naziri Fahrettin Koca birgə açıqlama veriblər.

Bildirilib ki, Van şəhərində səkkiz nəfər həlak olub, 21 nəfər yaralanıb. Onlardan səkkizinin vəziyyəti olduqca ağırdır.

Hazırda axtarış xilasetmə işləri davam etdirilir, dağıntılar altında qalanlar var. Hadisə baş verdiyi bölgədə 700 nəfərin yaşadığı bildirilir.