logo

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb

23:58 22-02-2020 | icon 1967
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri başa çatıb.

YeniAvropa xəbər verir ki,  Romanın “Fiumicino” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın Nazirlər Şurasının dövlət katibi Mario Turko və digər rəsmi şəxslər yola salıblar.