logo

 Rüstəm Orucov “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

19:41 22-02-2020 | icon 2751
 Rüstəm Orucov “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

Fevralın 22-də Azərbaycan cüdoçusu Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

 YeniAvropa xəbər verir ki, kişilər arasında keçirilən yarışda Rüstəm Orucov (73 kq) üçüncü yer uğrunda mübarizədə rəqibi sloveniyalı idmançı Martin Hojakı məğlub edərək bürünc medala layiq görülüb.

Fevralın 23-dək davam edəcək yarışda 116 ölkədən 700-ə yaxın cüdoçu mübarizə aparır.