Cəmi 73 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilib
fevralın 9-da keçirilən Milli Məclisə seçkilər üzrə indiyədək nəticəsi etibarsız sayılan məntəqələrin sayı məlum olub.
YeniAvropa xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən şikayətlərə baxıldıqdan sonra bugünədək 21 Seçki Dairəsinin 73 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilib.
Onlardan 70-i ilə bağlı MSK, 3-ü barədə isə Dairə Seçki komissiyaları (DSK) müvafiq qərar veriblər.
Belə ki, MSK-nın qərarları ilə 8 saylı Binəqədi birinci seçki dairəsinin 1 (24 saylı), 9 saylı Binəqədi ikinci seçki dairəsinin 3 (20, 31 və 35 saylı), 11 saylı Qaradağ seçki dairəsinin 1 (30 saylı), 22 saylı Nəsimi seçki dairəsinin 4 (1, 11, 20 və 24 saylı), 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 (14, 17, 23 və 25 saylı), 25 saylı Nizami ikinci seçki dairəsinin 1 (26 saylı), 29 saylı Səbail seçki dairəsinin 6 (1, 5, 9, 11, 17 və 25 saylı), 30 saylı Suraxanı ikinci seçki dairəsinin 5 (1, 12, 14, 16 və 18 saylı), 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 3 (4, 8 və 9 saylı), 34 saylı Xətai ikinci seçki dairəsinin 7 (1, 2, 3, 4, 18, 30 və 35 saylı), 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 1 (8 saylı), 47 saylı Mingəçevir seçki dairəsinin 3 (9, 17 və 21 saylı), 57 saylı Kürdəmir seçki dairəsinin 5 (7, 18, 20, 27, və 33 saylı), 79 saylı İmişli seçki dairəsinin 5 (14, 16, 21, 23 və 25 saylı), 81 saylı Beyləqan seçki dairəsinin 4 (1, 4, 6 və 31 saylı), 90 saylı Şəmkir kənd seçki dairəsinin 2 (6 və 7 saylı), 91 saylı Ucar seçki dairəsinin 2 (18 və 38 saylı), 107 saylı Qazax seçki dairəsinin 1 (2 saylı), 123 saylı Kəlbəcər seçki dairəsinin 1 (16 saylı) və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 11 (1, 10, 13, 32, 36, 37, 38, 39, 40 , 55 və 59 saylı) seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.
111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2 (4 və 43 saylı), 123 saylı Kəlbəcər seçki dairəsinin 1 (10 saylı) məntəqəsinin nəticələri isə DSK-lar tərəfindən ləğv edilib.
Lakin məntəqələr üzrə ləğvetmələr həmin dairələrdə lider namizədlərin dəyişməsinə səbəb olmayıb. 21 seçki dairəsinin hamısında MSK-nın ilkin nəticələri olduğu kimi qalıb.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadı Rəcəbli), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) və 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov) nəticələri ləğv olunub.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub