logo

Meyiti neytral ərazidən tapılan Azərbaycan hərbçisi dəfn olundu

14:15 22-02-2020 | icon 2072
Meyiti neytral ərazidən tapılan Azərbaycan hərbçisi dəfn olundu

Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən meyiti tapılan hərbçisi Akif Abbasovla vida mərasimi keçirilib. 

 YeniAvropa xəbər verir ki, hərbçimizin nəşi Ağcəbədi rayonunun mərkəzində böyük izdihamla qarşılanaraq doğulub boya-başa çatdığı evinə gətirilib.

A.Abbasov Ağcabədi rayon mərkəəzindəki Şəhidlər xiyabanında dəfn edilib. 

Xatırladaq ki, Akif Elşən oğlu Abbasov bu ilin yanvar ayında itkin düşüb. Fevralın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatı keçirilib.

Allah rəhmət eləsin!