logo

Həbsxanaya şampun qabında narkotika keçirmək istədilər

12:20 22-02-2020 | icon 2177
Həbsxanaya şampun qabında narkotika keçirmək istədilər

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, Cinayət Məcəlləsinin 29-cu, 120.1-ci maddəsinə əsasən on il alt ay müddətinə azadlıqdan məhrum edilmiş Hüseynov Alim Tomar oğluna qohumu Bakı şəhər sakini Sultanov Ruslan İbrahim oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,799 qram marixuana və 1,722 qram metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.