logo

Hacıqabulda üçüncü dəfə zəlzələ oldu

10:43 22-02-2020 | icon 1988
Hacıqabulda üçüncü dəfə zəlzələ oldu

Fevralın 22-də Qobustan seysmoloji stansiyasından 32 kilometr cənub-qərbdə - Hacıqabul rayonunda maqnitudası 3.4 olan zəlzələ baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:22-də qeydə alınıb.

Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu, gün ərzində Hacıqabulda baş verən üçüncü yeraltı təkandır. Belə ki, saat 07:05-də rayonda qeydə alınan zəlzələlərdən birinin maqnitudası 3.3, digərininki isə 3.9 olub. Ocaqlarının dərinliyi 4 kilometr olan yeraltı təkanlar hiss olunmayıb.