logo

Oqtay Gülalıyev artıq əlil arabasında oturur

23:15 21-02-2020 | icon 2107
Oqtay Gülalıyev artıq əlil arabasında oturur

İstanbulda Amerika klinikasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin sağalma dinamikası müsbətdir, onu müalicə edən həkimlər belə deyir.

YeniAvropa xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə xanım bildirib.Onun sözlərinə görə, Oqtay hər gün yarım saat köməkçi vasitələrlə ayaq üstə qaldırılır və o, artıq gündə bir neçə dəfə əlil arabasında oturur.

"Gözlərindən, reaksiyasından görünür ki, arabada oturmaq xoşuna gəlir, xüsusən, pəncərə qarşısında",- deyə Firuzə xanım bildirib.

Oqtayı əməliyyat edən və hazırda onu müalicə edən həkim Mehti Sasani yaxın iki həftədə xəstənin vəziyyətinin daha da yaxşılaşacağını gözləyir. Onun sözlərinə görə, Oqtayın fikrini ifadə etmək istədiyi görünür, amma hələlik baryeri aşa bilmir. "Bunun tezliklə baş verəcəyini gözləyirik",- deyə həkim bildirib.

xatırladaq ki, Oqtay Gülalıyevi oktyabrın 29-da yaşıl işıqda yolu keçərkən avtomobil vurub. Oktyabrın 30-da onu 18 saat gecikmə ilə əməliyyat ediblər, bu da onun ölüm həddinə gəlməsinə gətirib çıxarıb.

Noyabrın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə hüquq müdafiəçisi müalicə üçün Türkiyəyə göndərilib. Müalicənin maliyyələşdirilməsini də Heydər Əliyev Fondu öz üzərinə götürüb.