logo

MSK-dan ləğv edilən dairə və məntəqə üzvləri ilə bağlı açıqlama

20:45 21-02-2020 | icon 2198
MSK-dan ləğv edilən dairə və məntəqə üzvləri ilə bağlı açıqlama

Mərkəzi Seçki Komissiyasının(MSK) fevralın 21-də keçirilən iclasında sədr Məzahir Pınahov ləğv edilən dairə və məntəqələrin üzvlərinin cəzalandırılmasından danışıb.

YeniAvropa xəbər verir ki, MSK sədri bildirib ki, nəticələri etibarsız hesab edilərək ləğv edilən dairə və məntəqələrdə araşdırma aparılacaq və lazımi tədbir görüləcək.

“Məntəqə üzvləri tərəfindən pozuntular qeydə alınan yerlərdə növbəti seçkidə məntəqə üzvləri həmin şəxslər olmayacaqlar, onlar bu formada cəzalandırılacaqlar. Siz də bunun şahidi olacaqsınız”,-deyə M.Pənahov vurğulayıb.