logo

Musa Qasımlını bacanağı dairə sədri çıxdı

19:52 21-02-2020 | icon 2009
Musa Qasımlını bacanağı dairə sədri çıxdı

Mərkəzi Seçki Komissiyasının(MSK) bugünkü iclasında 72 saylı Yardımlı-Masallı seçki dairəsindən daxil olan şikayətə baxılıb.

YeniAvropa xəbər verir ki, bu dairədən namizədlər Nəsrəddin Qəmbərov və Qubadəli Rzayev şikayətlərində səsvermə zamanı pozuntular olduğunu bildirərək həmin dairə üzrə nəticələrin ləğv edilməsini istəyiblər. 

MSK üzvü Validə Bayramova bildirib ki, araşdırma nəticəsində şikayətlərin əsassız olduğu müəyyən edilib. Belə ki, həmin dairənin sədri, deputat Musa Qasımlının bacanağıdır və ondan verilən bütün şikayətlərə rədd cavabı verib. 

MSK sədri Məzahir Pənahov isə deyib ki, bacanaq birinci dərəcəli qohum olmadığı üçün qanun bunu qadağa etmir: “Amma biz bunu əvvəldən bilsəydik, həmin dairə sədrinin dəyişdirilməsi üçün əlimizdən gələni edərdik ki, narahatlığa yer qalmasın”.

Səsvermə nəticəsində şikayət təmin edilməyib.

Xatırladaq ki, 72 saylı dairədən keçmiş deputat Musa Qasımlı lider elan olunub.