logo

İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub

18:35 21-02-2020 | icon 1939
İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub

İtaliyada dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub.

YeniAvropa xəbər verir ki,  əvvəlcə Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verdi.

Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyevə dövlət səfərindən çəkilmiş fotolardan ibarət albom təqdim olunub.

İtaliya prezidenti Sercio Mattarella və qızı Laura Mattarella Azərbaycan prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı yola salıblar.