logo

YAP rayon təşkilatının sədri də saxlanıldı

15:55 21-02-2020 | icon 1869
YAP rayon təşkilatının sədri də saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində saxlanılan vəzifəli şəxslərdən daha bir neçəsinin adı məlum olub.

YeniAvropa xəbər verir ki, bu barədə saxlanılanlar arasında hakim Yeni Azərbaycan Partiyasının(YAP) Neftçala rayon təşkilatının sədri, rayon İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun da adı var.

Bundan əlavə, saxlanılanlar arasında rayon İH başçısının birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, icra başçısının müavini Gültəkin Sadıqova, Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov və  rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun da olduğu bildirilir. 

Xatırladaq ki,  DTX-nın dünən keçirdiyi əməliyyat nəticəsində Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə həbs edilib.