logo

“Buta Airways” Alanyaya əvəzinə Ankarada yeri endi

13:31 21-02-2020 | icon 2002
“Buta Airways” Alanyaya əvəzinə Ankarada yeri endi

Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar “Buta Airways” aviaşirkətinin saat 07:39-da Bakıdan yola düşən “J2 9111” nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb.

YeniAvropa xəbər verir ki, bu barədə  “Buta Airways”dən məlumat verilib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.