logo

Bakıya yeni metro vaqonları gətiriləcək

13:10 21-02-2020 | icon 2555
Bakıya yeni metro vaqonları gətiriləcək

Cari ildə Bakı metrosu üçün ilk yeni qatarların may ayında gətirilməsi planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, mayda 4 qatar, ümumilikdə isə 20 vaqonun paytaxta gətirilməsi nəzərdə tutulur.