logo

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

12:09 21-02-2020 | icon 378
II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Martın 2-6-da ölkəmizdə II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" keçiriləcək.

 YeniAvropa xəbər verir ki,  bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib.

O, həftə ərzində keçiriləcək tədbirlər barədə məlumat verərək qeyd edib ki, nazirlik tərəfindən ikinci ildir təşkil olunan "Kibertəhlükəsizlik həftəsi"nin keçirilməsi bu sahədə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Sözügedən həftə çərçivəsində kibertəhlükəsizlik sahəsinin müxtəlif istiqamətlərinə həsr edilmiş 8 tədbirin keçirilməsi nəzərdə tutulur. İlk tədbir martın 2-də baş tutacaq "Kibertəhlükəsizlik konfransı" olacaq. Konfransla paralel olaraq kibertəhlükəsizlik üzrə həllərin nümayiş etdiriləcəyi "Cyber village" sərgisi açılacaq. Martın 3-də "Təhlükəsiz hökumət buludu" tədbiri baş tutacaq. "AzInTelecom" MMC tərəfindən təşkil ediləcək "Hökumət buludu" layihəsinin icrası üzrə görülmüş işlər, məhsullar, xidmətlər və gələcək planlar diqqətə çatdırılacaq. Eyni zamanda, həmin gün dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün pentestinq, yəni nüfuz üzrə praktiki seminar təşkil ediləcək. Martın 4-də Kibertəhlükəsizlik üzrə gənclərin internet idarəçilik forumu keçiriləcək. Eyni zamanda, "Hackathon" müsabiqəsinə start veriləcək. Martın 5-də isə "Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi" tədbiri təşkil olunacaq.