logo

Prezidenti İlham Əliyev İtaliyada bir sıra rəsmi görüşlər keçirib

21:34 20-02-2020 | icon 266
Prezidenti İlham Əliyev İtaliyada bir sıra rəsmi görüşlər keçirib

Prezident İlham Əliyev fevralın 20-də İtaliya Respublikasna  səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə bir sıra görüşlər keçirib. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyevin İtaliya Respublikası Senatının sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti ilə görüşündə iki ölkə arasında parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, Azərbaycan ilə İtaliyanın ATƏT Parlament Assambleyası, AŞPA və digər qurumlarda da əməkdaşlıq etdiyi vurğulandı. TAP layihəsinin uğurla reallaşdırılmasının, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda enerji və digər sahələrdəki layihələrdə iştirakının əhəmiyyəti qeyd edilib.

Prezident İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

Deputatlar Palatasının sədri Roberto Fiko Azərbaycan ilə İtaliya arasında əlaqələrin dostluq xarakteri daşıdığını qeyd edib. O, Azərbaycanın İtaliyanın mühüm ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına və dərinləşməsinə ciddi təkan verəcəyini bildirib.

Dövlət başçısı Roberto Fikonu Azərbaycana səfərə dəvət edib. Deputatlar Palatasının sədri münasib vaxtda ölkəmizə səfər etmək arzusunda olduğunu deyib.

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

Fevralın 20-də Azərbaycan prezidenti İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib.