logo

MSK daha 9 məntəqənin nəticəsini etibarsız saydı

19:48 20-02-2020 | icon 301
MSK daha 9 məntəqənin nəticəsini etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Toğrul Vəliyevin müraciətinə baxılıb.

YeniAvropa xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü hüquqlarının pozulmasını qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntusu aşkarlanmayıb”.

İclasda həmin dairənin 4 seçki ( 14, 17, 23 və 25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

MSK-nını bu gün keçirilən iclasında həmçinin 57 saylı Kürdəmir seçki dairəsindən daxil olmuş müraciətə də baxılıb. Məsələ barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. Namizəd Qəribov Rəşad şikayətində səsvermə prosesində sayımda pozuntuların olduğunu qeyd edib. Namizəd şikayətə 18 protokol təqdim edib.

MSK-nın araşdırması zamanı məlum olub ki, 5 seçki məntəqəsində pozuntu olub. Qərara alınıb ki, 7,18,20,27,33 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairədə lider namizəd Əminə Ağazadədir.

Xatırladaq ki, Rəşad Qəribov sabiq deputat Fərhad Qəribovun oğludur.