logo

İlham Əliyev Neftçalanın icra başçısını vəzifəsindən azad etdi

18:22 20-02-2020 | icon 322
İlham Əliyev Neftçalanın icra başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev fevralın 20-də Neftçala rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.