logo

Paytaxtda quldurluq edən iki nəfər tutulub

15:51 20-02-2020 | icon 322
Paytaxtda quldurluq edən iki nəfər tutulub

Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Novruzov ötən il oktyabrın 9-da A.Manafov küçəsində iki nəfərin onu bıçaqla hədələyib mobil telefonunu aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.