logo

İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

13:31 20-02-2020 | icon 322
İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

İtaliyada dövlət səfərində olan prezident İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəlib. Burada prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib..

Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, İtaliya prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdiriblər.