logo

Neftçalanın icra başçısı da rüşvət üstündə tutuldu

13:10 20-02-2020 | icon 343
Neftçalanın icra başçısı da rüşvət üstündə tutuldu

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlıları bu gün Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirib.

YeniAvropa xəbər verir ki,  bu gün səhər saatlarında DTX-nın içərisində xüsusi təyinatlılar olan 4 cipi Neftçala rayon İcra Hakimiyyətinin binası qarşısında dayanıb. Binanın qarşısında DTX əməkdaşları blok-post qurub, içəri heç kim buraxmayıblar.

Verilən məlumatlara görə, Neftçala RİH-in başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX əməkdaşları tərəfindən həbs edilib.

Qeyd edək ki, İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.

Xatırladaq ki, bundan əvvəl - 2019-cu il dekabrın 19-da Ağstafa RİH-in başçısı Nizaməddin Quliyev DTX-nın keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb, barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O da rüşvətdə ittiham olunur.