logo

Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası işə başlayıb

11:56 20-02-2020 | icon 336
Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası işə başlayıb

Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 19-cu qış sessiyası öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin iştirak etdiyi sessiyada ölkəmizi Milli Məclisin bu qurumdakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili təmsil edir.

Sessiya öz işinə Daimi Komitənin iclası ilə başlayıb. İclasda ATƏT PA-nın prezidenti Georgi Tsereteli hesabatla çıxış edib. Hesabatda ötən bir il dövründə qurumun fəaliyyətinə nəzər salınıb, prezidentin iştirakçı ölkələrə səfərləri və keçirdiyi görüşlər barədə məlumat verilib. İclas çıxış və müzakirələrlə davam edir.