logo

Vyanada Azərbaycanda insan hüquqları müzakirə ediləcək

21:53 19-02-2020 | icon 1974
Vyanada Azərbaycanda insan hüquqları müzakirə ediləcək

Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının sessiyası çərçivəsində "Jurnalistlərin həbsi və siyasi məhbuslar fonunda Azərbaycanda parlament seçkiləri" mövzusunda paralel müzakirələr keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı olan Azərbaycanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu(RATİ) məlumat yayıb. 

"Görüş zamanı bizim bilavasitə təcrübəyə və Azərbaycanda cari vəziyyət haqqında dərin biliklərə malik ekspert qrupumuz siyasi məhbuslar və vicdan məhbusları, habelə jurnalistlərin təhlükəsizliyi məsələsini müzakirə edəcək. Siyasi motivlərlə həbs edilmiş müstəqil jurnalistlərə və hüquq müdafiəçilərinə xüsusi diqqət yetirəcəyik", -deyə press-relizdə bildirilir.

Tədbir İtaliyalı deputat Mauro Del Barbanın dəstəyi ilə keçirilir.

Müzakirələrdə RATİ-nin icraçı direktoru Emin Hüseynov, Beynəlxalq Mətbuat İnstitutunun direktoru Barbara Trionfi, "Sərhədsiz Reportyorlar"ın prezidenti Rubina Mering, korrupsiya əleyhinə nəşrləri ilə məşhur olan Azərbaycanlı bloger Mehman Hüseynov, səfir və Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov iştirak edəcəklər.