logo

Londona uçan təyyarə Bakıda qəza enişi edib – YENİLƏNİB

01:41 12-12-2017 | icon 3794
Londona uçan təyyarə Bakıda qəza enişi edib – YENİLƏNİB

Bakı aeroportu reysin sərnişinlərini qəbul etməyə və müvafiq yardım göstərməyə hazırdır. 

YeniAvropa.Az-ın xəbərinə görə, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında deyiblər.

“Ancaq sərnişinlər pilotun qərarı ilə hələlik təyyarəni tərk etməyiblər”, - deyə aeroportdan bildirilib.

11.12.2017 21:52

“British Airways” aviaşirkətinə məxsus və Mumbay-London aviareysi üzrə uçan “Boeing 777” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib.

YeniAvropa.Az-ın xəbərinə görə, bu barədə “APA-Economics”ə hava limanının mətbuat xidmətindən məlumat verilib.

Qəza enişinə səbəb təyyarənin kabinəsində tüstülənmənin baş verməsidir. Bildirilir ki, təyyarədə 135 sərnişin və 17 ekipaj üzvü var.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan təyyarəyə baxış keçirilir.

S.B.