logo

İranda iki nəfər koronavirusdan dünyasını dəyişib

17:59 19-02-2020 | icon 2338
İranda iki nəfər koronavirusdan dünyasını dəyişib

İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfər həkimlərin səylərinə baxmayaraq, xəstəxanada vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, faktı İran Səhiyyə Nazirliyi təsdiqləyib. Hazırda bu adamların virusa harada və necə yoluxduğu araşdırılır.

Qeyd edək ki, Qum şəhərinə dünyanın müxtəlif yerlərindən, o cümlədən Çindən də ziyarətə gəlirlər. İranın Səhiyyə Nazirliyi təcili tədbirlər həyata keçirməyə başlayıb.