logo

Bərdədə ağır avtoqəzada 1 həfər ölüb. 2 nəfər yaralanıb

15:13 19-02-2020 | icon 3661
Bərdədə ağır avtoqəzada 1 həfər ölüb. 2 nəfər yaralanıb

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindənYeniAvropa-ya  bildiriblər ki, Bərdə rayonunun Qarağacı kəndi ərazisində Ağcabədi rayon sakini M.Məhərrəmov idarə etdiyi “Mercedes Vito” markalı avtomobili Beyləqan rayon sakini E.Kərimovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə M.Məhərrəmovun avtomobilindəki Rövşən Qardaşxanov hadisə yerində ölüb, özü və daha iki sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı baş istintaq və təhqiqat idarəsi tərəfindən araşdırma aparılır.