logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

11:57 19-02-2020 | icon 2002
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, altı nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.