logo

Avstraliyada iki təyyarə toqquşub

11:12 19-02-2020 | icon 2352
Avstraliyada iki təyyarə toqquşub

Avstraliyada iki təlim təyyarəsinin toqquşması nəticəsində dörd nəfər həlak olub.

 YeniAvropa xəbər verir ki, bu barədə yerli “9News” agentliyi məlumat yayıb. Xəbərdə bildirilib ki, yüngül mühərrikli təyyarələr təlim keçən zaman toqquşublar.

Qəza haqqında həyəcan siqnalı alandan sonra hadisə yerinə gələn xilasedicilər ekipaj üzvlərini xilas edə bilməyiblər.

Qəzada həlak olanların şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb.