logo

Rüfət Səfərov sərbəst buraxılıb 

21:15 18-02-2020 | icon 2058
Rüfət Səfərov sərbəst buraxılıb 

Keçmiş müstəntiq, hazırkı ictimai fəal Rüfət Səfərov sərbəst buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə R.Səfərov özü sosial şəbəkədə məlumat paylaşıb. Qeyd edib ki, onu axşam saatlarında evdən çıxanda mülki geyimli şəxslər saxlayıb. "İki nəfər yaxınlaşdı, qolumu burdular, otuzdurdular maşına. Əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin yanına gətirdilər. Orada təxminən 3 saat  maşında saxladılar, hədə-qorxu etdilər. Sonra isə Binəqədi Rayon Polis İdarəsinə apaardılar. Orada mənə "xoşagəlməz çıxışları" dayandırmağı tələb etdilər, lakin hansı çıxışları nəzərdə tutduqları barədə heç nə demədilər. Daha sonra bildirdilər ki, bu mənə olan son xəbərdarlıqdır və sərbəst buraxdılar". . 

Xatırladaq ki,Rüfət Səfərov fevralın 18-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. Bu barədə onun atası Eldar Sabiroğlu məlumat verib. Onun sözlərinə görə, hadisə saat 17 radələrində baş verib və saxlanılmasından sonra oğlu ilə əlaqə saxlaya bilmir. 

Məlumata görə, fevralın 16-da Rüfət Səfərovun yaşadığı evin qarşısında postlar qurulub və izlənilib. Buna səbəb kimi R.Səfərovun sosial şəbəkələrdə paylaşdığı statuslar göstərilib.