logo

Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcək

22:14 18-02-2020 | icon 2471
Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcək

Fevralın 20-dən 22-dək Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.Qeyd edilib ki, KOBİA-nın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, informasiya-kommunikasiya texnologiyaları, təhsil, inşaat, logistika və digər sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim ediləcək.

Sərgidə ümumilikdə 150-dək şirkətin iştirakı nəzərdə tutulub. Bu sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.