logo

Ötən il 5,5 minədək əcnəbiyə Azərbaycanda işləmək icazəsi verilib

21:50 18-02-2020 | icon 1897
Ötən il 5,5 minədək əcnəbiyə Azərbaycanda işləmək icazəsi verilib

Ötən il ölkə ərazisində əcnəbilərə və vətəndaşlığı olmayan 5 min 466 nəfərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq və müddəti uzadılmış iş icazələri verilib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən  bildirilib. Qeyd edilib ki, onlardan 31,8 faizi mədənçıxarma sənayesində, 30,5 faizi tikintidə, 10,7 faizi emal sənayesində, 6,5 faizi təhsil, 3,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və 11,4 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələri alıblar.