logo

Türkiyədə 5,2 bal gücündə zəlzələ olub

20:45 18-02-2020 | icon 2569
Türkiyədə 5,2 bal gücündə zəlzələ olub

Türkiyənin Manisa vilayətinin Kırkağac rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 19:09-da qeydə alınıb. Zəlzələ İzmir və ətraf bölgələrdə də hiss olunub.