logo

Sabah Bakıda 11° isti olacaq

13:10 18-02-2020 | icon 1932
Sabah Bakıda 11° isti olacaq

Azərbaycanda fevralın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6°, gündüz 8-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 771 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi cənub rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.