logo

FHN: “Sədərək”də yanğının söndürülməsinə 23 texnika cəlb edilib

11:09 18-02-2020 | icon 2037
FHN: “Sədərək”də yanğının söndürülməsinə 23 texnika cəlb edilib

“Sədərək” ticarət mərkəzində baş vermiş yanğının söndürülməsinə  23 texnika və 125 nəfərlik canlı qüvvə cəlb edilib. 

YeniAvropa xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, baş verməsi haqqında məlumat saat 07:39-da daxil olub. Ərazi üzrə Qaradağ rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb ediliblər.

Ə.Novruzov deyib ki, hadisə ilə bağlı ikinci dərəcəli yanğın elan olunub. Yanğın bir saata yaxın davam edib.  Yanğının ərazisi 900-1000 kvadratmetr sahəni əhatə edir. Alov tam söndürülüb və hazırda soyutma işləri aparılır. Yanğının başvermə səbəbi araşdırılır.