logo

"Bakcell" beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib

18:10 17-02-2020 | icon 2471
"Bakcell" beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib

"Bakcell" şirkətinin sponsorluğu ilə Bakıda “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilib.

YeniAvropa xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyinin, Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinin, Təhsil Nazirliyinin və "Bir Yol, Bir Kəmər" Elm və Texnologiya alyansının təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif dövlət qurumlarının, nazirliklərin, dünyanın 30-dan artıq ölkəsindən olan universitet və elmi mərkəzləri təmsil edən yüzdən çox tanınmış alim, nüfuzlu universitetlərin rektorları, rəqəmsal iqtisadiyyat sahəsində məşhur alimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, iqtisadçı ekspertlər və KİV nümayəndələri iştirak edib.

Konfransda rəqəmsal iqtisadiyyat, rəqəmsal valyutalar, elektron ticarət, rəqəmsal transformasiya, ağıllı şəhər və digər əlaqəli mövzular üzrə maraqlı çıxışlar, plenar məruzələr  və panel müzakirələri yer alıb.