logo

MSK 42 saylı Sumqayıt II Seçki Dairəsi ilə bağlı müraciətə baxıb

16:12 17-02-2020 | icon 1904
MSK 42 saylı Sumqayıt II Seçki Dairəsi ilə bağlı müraciətə baxıb

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

 YeniAvropa xəbər verir ki, iclasda 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsinə qərar verilib.

Qeyd edək ki, MSK bu dairədən  50,1 faiz səslə Tahir Mirkişilini qalib elan edib.