logo

Bakıdan 100 min dollar nağd pulu aparmaq istədi

15:57 17-02-2020 | icon 2177
Bakıdan 100 min dollar nağd pulu aparmaq istədi

Fevralın 15-də Bakı Beynəlxalq Aeroportunda gömrükçülər 100 min dollar dəyərində nağd valyutanın sərhəddən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

 YeniAvropa xəbər verir ki, bu barədə Gömrük Komitəsinin məlumatında bildirilib. Xarici valyuta adı açıqlanmayan Bakı-İstanbul reysi ilə ucan vətəndaşda aşkar edilib.

Sərnişinin baqajı yoxlanılarkən rentgen aparatında şübhəli predmetlər görünüb. Yoxlama zamanı baqajın içərisindəki sellofan paketlərdə olan iki ədəd şalvar, gödəkçə və üç ədəd corabın içərisində,ümumilikdə 100 000 ABŞ dolları aşkarlanıb. Şəxsi yoxlama zamanı isə vətəndaşın üzərində olan şalvarının arxa cibindəki pul kisəsindən 1500 ABŞ dolları aşkar edilib.

Faktla bağlı hansı tədbirin görüldüyü açıqlanmır.

Xatırladaq ki, Azərbaycanda mövcud qanunvericiliyə görə, sərhəddən nağd vəsait olaraq 10 min ABŞ dolları keçirilməsinə icazə verilir