logo

Qaradağlı kəndinin işğalından 28 il ötür

14:20 17-02-2020 | icon 1918
Qaradağlı kəndinin işğalından 28 il ötür

Xocavənd rayonundakı Qaradağlı kəndinin işğalından 28 il ötür. 

 YeniAvropa xəbər verir ki, Qaradağlı kəndi ermənilər tərəfindən 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb.

İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib, öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb üzərini torpaqlayıblar.

Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfər əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Xatırladaq ki, Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılaşması imzalanandək erməni hərbi birləşmələri tərəfindən Dağlıq Qarabağ bölgəsi və 7 rayon işğal edilib. Münaqişənin tənizmlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir