logo

Azərbaycan UNESCO Bürosunun sədr müavini seçilib

18:56 14-02-2020 | icon 2107
Azərbaycan UNESCO Bürosunun sədr müavini seçilib

Parisdə UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosuna üzvlər seçilib.

YeniAvropa xəbər verir ki, Azərbaycan Hökumətlərarası Komitənin Bürosunun sədr müavini vəzifəsinə seçilib.

Beləliklə, ölkəmiz UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini vəzifəsini bir il müddətində icra edəcəkdir.