logo

SOCAR 1,5 milyon dollara Lvovdakı tarixi fontanı təmir-bərpa edəcək

18:35 14-02-2020 | icon 2030
SOCAR 1,5 milyon dollara Lvovdakı tarixi fontanı təmir-bərpa edəcək

“SOCAR Energy Ukraine” şirkəti Ukraynanın Lvov şəhərində Opera teatrının qarşısındakı tarixi fontanın yenidən qurulması işlərini həyata keçirir.

YeniAvropa xəbər verir ki, fontanın bərpası bu ilin avqust-sentyabr aylarında başa çatacaq. “SOCAR Energy Ukraine” bu işlərə təxminən 1,5 milyon dollar vəsait ayırıb.

Tikinti işlərində Kanada və Avropa şirkətlərinin məhsulları istifadə olunur. Fontan musiqili olacaq, tarixi və müasirliyi ilə seçiləcək.

Qeyd edək ki, SOCAR Ukraynada sosial və mədəni həyatın inkişafına 5 milyon dollardan çox sərmayə yatırıb.