logo

İlham Əliyev Serbiya prezidentni təbrik edib

18:15 14-02-2020 | icon 2163
İlham Əliyev Serbiya prezidentni təbrik edib

Prezident İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə prezident Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və dost Serbiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".