logo

Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd ediləcək

17:08 14-02-2020 | icon 210
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd ediləcək

Prezident İlham Əliyev fevralın 14-də Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun 150 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 Sərəncama əsasən, Nəriman Nərimanovun 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mədəniyyət, Təhsil nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.

Sərəncamda deyilir ki, 2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur. Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.illi lider Heydər Əliyev olmuşdur.