İstanbulun Bahçelievler rayonunda beşmərtəbəli yaşayış binası çöküb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, ilkin məlumata əsasən qəzalı vəziyyətdə olması ilə əlaqədar binanın əvvəlcədən boşaldıldığı bildirilir.
Xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.