"Azercell" təcrübəsini SABAH qrupları ilə bölüşüb
Ölkənin mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC, Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Karyera Akademiyası tərəfindən təşkil edilən “Qış Məktəbi” layihəsində iştirak edib.
YeniAvropa xəbər verir ki, 11-13 fevral tarixlərində Şamaxı şəhərində baş tutan layihə çərçivəsində "Azercell" Akademiyasının təlimçiləri Vahidə Orucova və Könül Məmmədova tələbələrə “Təqdimat bacarıqları” və “Öz brendini yarat” kimi aktual mövzuları əhatə edən master-klasslar keçiblər.
Qeyd etmək lazımdır ki, “Qış məktəbi” layihəsində "Azercell"in iştirakı artıq xoş bir ənənəyə çevrilib. Belə ki, bu layihə çərçivəsində 2017-ci ildən etibarən hər il şirkətin peşəkar əməkdaşları təcrübə və biliklərini tələbələrlə bölüşürək, onların peşəkar və şəxsi inkişafına böyük töhvə verirlər. Təlimlərin keçirilməsində əsas məqsəd tələbələrə uğurlu karyera qurmaq üçün zəruri olan fundamental bacarıqların aşılanmasıdır.
Xatırladaq ki, Təhsil Nazirliyi SABAH qrupları ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, tədrisin keyfiyyətinin yüksəldilməsi,savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmış, ali təhsil sistemində innovativ və aparıcı bir layihədir.
Qeyd edək ki, 2017-ci ildə “Azercell Telekom” MMC və Təhsil Nazirliyinin SABAH qrupları arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən şirkət tərəfindən son 3 il ərzində “Sabah” qruplarının 30 tələbəsinə aylıq təqaüd ayırılıb. Həmçinin SABAH qruplarının 20-dən artıq tələbəsi şirkətdə təcrübə keçmək fürsəti qazanıb ki, onlardan 1-i hal-hazırda artıq Azercell işçisidir. Bu il isə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülən 28 tələbədən 9-u “SABAH” qrupları tələbələri arasından seçilib.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb